Sosial

  • 5 109

ƏTİ-nin Qubada keçirdiyi tədbirlər 53 əlil şəxsi əhatə edib

image

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” layihəsi fəaliyyətini davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Quba rayonunda baş tutub. “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” məqsədilə keçirilən tədbirlər rayonun Vəlvələ, Xorasa, Paşa oba, Bərgou, Tabalıqışlaq, Alpan, Uzunmeşə, Çərəy, Susay, Kurkün kimi ucqar kəndlərində ümumilikdə 53 nəfər əlilliyi olan şəxsləri əhatə edib. Xidmətin bundan əvvəl fəaliyyətləri nəticəsində qeyd olunan ərazilərdə əlilliyi olan şəxslər ilə fokus qrupların və təlimlərin aparılması nəticəsində problemlər müəyyənləşdirilib, hüquqşünas tərəfindən qruplaşdırılıb. Fəaliyyət zamanı anket sorğuları əsasında tələbatlar öyrənilib.Bundan başqa bir nəfər peşə təliminə yönəldilib, 4 nəfər Quba Günərzi Qayğı mərkəzinə yerləşdirilib, bir nəfərin protez ayaq, bir nəfərin protez qol, 1 nəfərin karset, əlil arabası alınmasına, 2 nəfərin əlillik dərəcəsinin alınmasına dəstək göstərilib və 4 nəfər müalicəyə göndərilib. İçməli su problemi ilə əlaqədar Su Meliorasiya İdarəsinə müraciət olunub. 10 nəfərə “KİÇİK BİZNESİN İNKİŞAFI” proqramına cəlb olunması üçün məlumatlar verilib. Digər müraciət edənlərə aid olduqları sahələr üzrə məlumatlar verilib, hüquqi yardımlar edilib.Bir daha xatırladaq ki, bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilib.

sia.az

Digər xəbərlər