Sosial

  • 5 043

Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində müasir rentgen-nəzarət qurğusu quraşdırılıb

image

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində müasir rentgen-nəzarət qurğusu quraşdırılıb.Komitədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bundan sonra Naxçıvandan Bakıya gedən avtobuslara gömrük nəzarəti Avtovağzal Kompleksində həyata keçiriləcək.Sadələşdirilmiş gömrük nəzarəti qaydaları əsasında Naxçıvandan Bakıya hərəkət edən sərnişin avtobusu avqustun 6-da ilk dəfə olaraq Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük yoxlamasından keçirilib. Sərnişinlərə məxsus əl yükləri müvafiq birkalarla təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı altında yola salınıb.Avtobusla Bakıya getmək istəyən Ordubad və Culfa rayon sakinlərinin isə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksinə gəlmələrinə ehtiyac yoxdur, onların əl yükləri Culfa Gömrük Postunda gömrük nəzarətinə cəlb olunacaqlar.Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonasının yaradılması əhali tərəfindən razılıqla qarşılanıb.Avtobus sürücüləri və vətəndaşlar yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.Qeyd edək ki, Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük münasibətlərinin də inkişafında özünü göstərir. İndi Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar İran ərazisində əlavə gömrük yoxlamasına cəlb edilmir. Beləliklə, avtobusların gömrük postlarından sürətli keçidi təmin olunur. Bu vaxta qədər İran İslam Respublikası üzərindən Naxçıvandan Bakıya hərəkət edən sərnişin avtobusları 12 saat yolda olurdularsa, indi bu müddət 8 saat təşkil edir.

AZƏRTAC

Digər xəbərlər