PDF Oxu

Sosial

  • 7 716

Yeni turizm məhsullarının təqdimatı keçirilib

image

Fevralın 7-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkənin turizm sektorunu təmsil edən 100-dən çox şirkət nümayəndələri ilə baş tutan "Destinasiyanın inkişafı platforması" adlı tədbirdə yeni turizm məhsullarının nümayişi və təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "İter Vitis" şərab marşrutu barədə məlumat verilib, "azerbaijanwine.az" saytı nümayiş olunub və şərab istehsalı ilə məşğul olan yerli şirkət nümayəndələri fəaliyyət göstərdikləri sahə üzrə təqdimat keçiriblər.Sanatoriya, kurort və tibb müəssisələrini təmsil edən nümayəndələr tərəfindən auditoriyaya Azərbaycanda sağlamlıq turizmi üzrə mövcud imkanlar haqda ümumi məlumatlar təqdim olunub.Silsilə təqdimatlarda, həmçinin Azərbaycanın qolf turizmi üzrə imkanları və turizm sərgilərində faydalı iştirakın təşkili qaydaları barədə məlumat verilib.Qeyd edək ki, Azərbaycan Turizm Bürosu tərəfindən turizm sektorunun təmsilçilərinə il ərzində mövzular üzrə rüblük təqdimatların keçirilməsi nəzərdə tutulub.

sia.az

Digər xəbərlər

Putinin dövründə Rusiya məktəblərinin yarısını itirib..?

Qalanları isə “itaət fabriklərinə” çevrilir...

İmanla elmin ziddiyyət təşkil etmədiyini sübut edən maarifçi...

Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...

Dörd arvad, 40 uşaq və təxminən 100 nəvə...

...bir misirli böyük bir ailəni necə idarə edir

Müəllimlər, maaşların azlığından, zorakılıqdan şikayət etməyin və...

...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...

Tatarıstan özünün halal laboratoriyasını yaratmağa hazırlaşır

Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...

ABŞ kosmosda oyun qaydalarını dəyişir

Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...

Ölümdən sonra insanı nə gözləyir?

Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?