Azərbaycanda təbii hadisələr nəticəsində 31 nəfər həlak olub

2021-ci ilin I yarımilliyi ərzində Azərbaycan ərazisində 6660 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1613 hadisə və ya 19% azdır.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.