PDF Oxu

Siyasət

  • 1 235

“Bank sektorunda şəffaflığın artırılması üçün yeni mexanizmlər tətbiq olunacaq“ -VÜQAR BAYRAMOV

“Bank sektorunda şəffaflığın artırılması üçün yeni mexanizmlər tətbiq olunacaq“ -VÜQAR BAYRAMOV

Bank sektorunda hesabatlılığın artırılması, şəffaflığın gücləndirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.SİA xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.O bildirib ki, layihə maliyyə institutları ilə yanaşı, onların daxil olduqları maliyyə qrupları üzərində də nəzarət mexanizmlərinin genişləndirilməsini nəzərdə tutur. Yeni qaydalara əsasən, maliyyə institutlarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı riskləri Mərkəzi Bank tərəfindən mütəmadi qiymətləndiriləcək.Deputatın sözlərinə görə, maliyyə institutlarının mülkiyyətində, fəaliyyət sahəsində, müştəri qruplarında və ya coğrafi fəaliyyət dairəsində dəyişikliklər baş verdikdə risk profili yenidən nəzərdən keçiriləcək. Həmçinin əməliyyatların intensivliyi və ya həcmi təqvim ili ərzində 40 faiz və daha çox artdıqda təkrar qiymətləndirmə aparılması təklif olunur.V.Bayramov qeyd edib ki, qanun layihəsi Mərkəzi Bankın risk əsaslı nəzarət imkanlarını genişləndirəcək, maliyyə institutlarından sənəd və məlumatların tələb edilməsi səlahiyyətlərini dəqiqləşdirəcək. Layihənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq dəstəkləndiyini bildirən deputat həmkarlarını sənədə səs verməyə çağırıb.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər