PDF Oxu

Siyasət

  • 640

Mədəniyyət evində YAP Qobustan rayon təşkilatının “Mədəniyyət” ərazi partiya təşkilatında tədbir keçirilib

Mədəniyyət evində YAP Qobustan rayon təşkilatının “Mədəniyyət” ərazi partiya təşkilatında tədbir keçirilib

Bu gün rayon Mədəniyyət evində Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Mədəniyyət” ərazi partiya təşkilatında tədbir keçirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxışlarda YAP-nın VIII Qurultayının nümayəndəsi, Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyev öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrdən danışıb.
Həmçinin tədbirdə partiya fəallarından
Anar Əkbərov,Murad Hacırızalı,Leyla Hüseynova,Ramil Rəcəbli və Cahangir Ağaməmmədov çıxış etmişlər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni sədaları altında başa çatmışdır.

Digər xəbərlər