YAP Tovuz rayon təşkilatının Kirən, Azaflı, Bayramlı və Əsrik Cırdaxan kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib.
İlk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədr müavini, qurultay nümayəndəsi İlqar Kərimov, aparatın məsləhətçisi Kamran Qasımov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak edib.
YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, ərazi partiya təşkilatlarının sədrləri Razim Qəribov, Bəxtiyar Abdıyev, Telman Əmiraslanov və partiya fəalları Fərhad Ələkbərov, Elşən Hüseynov, Tural Zeynalov və Tural İmanov çıxışlarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın inkişafı, milli maraqların qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi məsələlərinin mühüm yer tutduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, partiyanın təsis qurultayından başlayan tarixi yol ölkəmizin siyasi həyatında mühüm rol oynamış, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvələrindən birinə çevrilmişdir.
Çıxışlarda Azərbaycan xalqının birliyinin və həmrəyliyinin əhəmiyyəti xüsusi vurğulanmış, xalqımızın yumruq kimi birliyinin və qətiyyətinin dönməz olduğu qeyd edilmişdir. Həmçinin milli maraqların müdafiəsi, müstəqil siyasətin davam etdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik prinsiplərinə sədaqətin vacibliyi diqqətə çatdırılmışdır.
Ümumilikdə, VIII Qurultayda səsləndirilən fikirlər Azərbaycanın gələcək inkişafında milli birliyin, siyasi sabitliyin və dövlətə sədaqətin mühüm əhəmiyyət daşıdığını bir daha önə çıxarıldığı vurğulanmışdır.