PDF Oxu

Siyasət

  • 732

Ərazi partiya təşkilatlarının üzvləri ilə VIII Qurultayın nəticələri müzakirə olunub

Ərazi partiya təşkilatlarının üzvləri ilə VIII Qurultayın nəticələri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “İnternat məktəbi” və “Qaz İstismar İdarəsi” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
İclasda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb. O, ərazi partiya təşkilatlarının fəaliyyətində ardıcıllığın, üzvlərin təşəbbüskarlığının və ictimai-siyasi fəallığının artırılmasının vacibliyini vurğulayıb. Partiya üzvlərinin peşə fəaliyyətində məsuliyyəti, əhali ilə sıx əlaqələri və ictimai işlərdə iştirakı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə töhfə vermələrinin əhəmiyyətini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği və ideoloji işin səmərəliliyinin artırılması məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində partiya üzvlərinin rolundan bəhs edib. Dövlət siyasətinin mahiyyətinin əhaliyə aydın və dolğun çatdırılmasının, vətəndaşların fikir və təkliflərinin dinlənilməsinin, maarifləndirici fəaliyyətin davamlı təşkilinin vacibliyini diqqətə çatdırıb.
VIII Qurultayın nümayəndəsi, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüb. Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlərin və müəyyənləşdirilən vəzifələrin partiya üzvləri üçün əhəmiyyətindən danışıb. Qurultayın əsas mesajlarının ictimaiyyətə çatdırılmasında dəqiq və əsaslandırılmış məlumatların, ardıcıl təbliğat işinin və əhali ilə birbaşa ünsiyyətin rolunu vurğulayıb.

Digər xəbərlər