16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Eynallı kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, 17 Oktyabr – Füzuli şəhəri günü hər bir azərbaycanlı üçün milli qürur və tarixi yaddaş günüdür. Bu əlamətdar tarix bizə Vətən uğrunda göstərilən qəhrəmanlığı, birliyin gücünü və azadlığın dəyərini xatırladır. Füzulinin dirçəlişi Azərbaycanın tarixi Zəfərinin davamı, gələcəyə inamının və quruculuq əzminin ifadəsidir.
Daha sonra çıxış edən natiqlər – Eynallı kənd tam orta məktəbin müəllimi Sevinc Rzayeva, partiya fəalları Ülviyyə Əsədova, Rüfət Axundov bildiriblər ki, bu gün Füzuli yenidən qurulur, doğma sakinlərini qarşılayır və Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevrilmək istiqamətində irəliləyir. Füzulinin azadlığı və dirçəlişi xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə dövlət müstəqilliyinin, milli birliyin və Vətən sevgisinin dəyərini aşılayacaqdır.