PDF Oxu

Siyasət

  • 628

AQEM-İN VII ZİRVƏ Görüşü: Azərbaycanın Beynəlxalq nüfuzu və sülh naminə təşəbbüsləri

AQEM-İN VII ZİRVƏ Görüşü: Azərbaycanın Beynəlxalq nüfuzu və sülh naminə təşəbbüsləri

2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış edərək ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasətindən, milli maraqların qorunmasından və beynəlxalq hüququn prinsiplərinə hörmətin vacibliyindən bəhs edib.
Prezident çıxışında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin davamlı sülhün əsas şərtlərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və ədalətsizliklərə baxmayaraq, öz gücünə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi vurğulanıb. Dövlət başçısı regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsinin və dialoqun genişləndirilməsinin beynəlxalq təhlükəsizliyə mühüm töhfə verdiyini bildirib.
Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələr, nəqliyyat və logistika imkanları, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin əlverişli coğrafi mövqeyi Azərbaycanı Şərqlə Qərb arasında mühüm nəqliyyat və tranzit mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın gücləndirilməsinin və ortaq maraqlar əsasında tərəfdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Bakıda belə mötəbər beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın diplomatik uğurlarının və beynəlxalq nüfuzunun göstəricisidir. Bu Zirvə Görüşü ölkəmizin qlobal məsələlərin müzakirəsində fəal iştirakını və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirib. Azərbaycanın sülh, təhlükəsizlik, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan siyasəti regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Əminliklə demək olar ki, Azərbaycan bundan sonra da beynəlxalq təşəbbüsləri, prinsipial mövqeyi və konstruktiv siyasəti ilə dünya miqyasında nüfuzunu artırmaqda davam edəcək.

Elnur Məmmədov,
YAP Lerik rayon təşkilatının sədr müavini

Digər xəbərlər