PDF Oxu

Sosial

  • 2 872

YAP Şamaxı rayon təşkilatının aparat işçiləri şəhidin il mərasimində iştirak ediblər - FOTOLAR

YAP Şamaxı rayon təşkilatının aparat işçiləri şəhidin il mərasimində iştirak ediblər - FOTOLAR

YAP Şamaxı rayon təşkilatının aparat işçiləri İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Orucov Mirzəcan Araz oğlunun şəhid olmasının ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak ediblər. Həmçinin, şəhidin məzarı ziyarət edilərək önünə gül dəstələri düzülüb, eyni zamanda, şəhidin məzarı üzərində səliqə-səhman işləri görülüb və ruhlarına dualar oxunub. Sonra YAP Şamaxı rayon təşkilatının əməkdaşları şəhidin evində olmuş, söhbət əsnasında Mirzəcan Orucovun Suqovşan qəsəbəsinin azad olunması uğrunda xüsusi fədakar döyüşlərindən bəhs olunub. Qəhrəmanımız Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

Mərasimdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədr əvəzi Bəxtiyar Abbasov qeyd etdi ki, bu gün ölkə rəhbərliyi tərəfindən yürüdülən humanitar siyasət şəhidlərimizə, İkinci Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda əbədi yaşayacaqlar. Ziyarət zamanı şəhidin anası Südabə Orucova ölkə başçısı cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə daim qayğı və diqqətə görə öz minnətdarlığını bildirmişdir.

Rəfiqə

Digər xəbərlər