Sosial

  • 2 136

İdmanın inkişafı gənc nəslin yetişməsindən başlayır - FOTOLAR

image

"Çempionumuz" sosial idman layihəsi çərçivəsində cüdo üzrə Paralimpiya oyunlarının qalibi, dünya və avropa çempionu Ramin İbrahimovla görüş keçirilib

12 oktyabr 2021-ci il tarixində Xətai rayonu 116 saylı tam orta məktəbdə "Çempionumuz" sosial idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, "Cüdo" idman növü üzrə London Paralimpiya oyunlarının qalibi, dünya və avropa çempionu Ramin İbrahimov, 116 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova və məktəbin istedadlı gəncləri və idmançıları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Görüş ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İlk öncə layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara ətraflı məlumat verilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsinin yeniyetmə və gənclər üçün mühim əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıb. Vüqar Rəhimzadə bildirib ki, idmanın inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmaqla yanaşı, onların qarşısında beynəlxalq yarışlarda qalib olan idmançılar kimi gözəl nümunələr olmalıdır. Ramin İbrahimov gənclərə nümunə olan həmin idmançılardandır. YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilib. İdmançılarımızın qazandığı uğurlar ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır.

Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev və 116 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova çıxış edərək Xətai rayonunun istedadlı gəncləri və idmançıları haqqında ətraflı məlumat veriblər.

Daha sonra çıxış edən Ramin İbrahimov görüş iştirakçılarına keçdiyi şərəfli idman yolu haqqında ətraflı məlumat verib, gənclər tərəfindən verilən sualları cavablandırıb.

Sonda Ramin İbrahimovla xatirə şəkilləri çəkildirilib

Digər xəbərlər