Artrit xalq arasında "iltihablı revmatizm" olaraq da bilinir. SİA xarici mətbuata istinadən bildirib ki, türk həkim Volkan Balcı, "Artritli bir xəstəyə vaxt itirmədən düzgün diaqnoz və uyğun müalicə tətbiq edilərək, oynaqlarda hərəkətin məhdudlaşdırılması və iltihabın aradan qaldırılması nəticəsində daimi əlillik və funksiya itkisinin qarşısı alına bilər" deyib.
Skelet sistemimizin bədənimizi dəstəkləyən, bədənimizi qoruyan və əzələlərimizə bağlanaraq hərəkət təmin edən bir sistem olduğunu ifadə edən həkim Volkan Balcı, bu sistemin hərəkət təmin edən sümüklərdən və oynaqlardan ibarət olduğunu vurğulayıb. Balcı, "Bir oynaqda artrit haqqında danışa bilmək üçün ağrı, şişlik, hərəkətsizlik, temperaturun artması və oynaqda qızartı kimi simptomlar mövcud olmalıdır" deyə əlavə edib.
Artritin bir çox xəstəliyin əlaməti ola biləcəyini vurğulayan Balcı, səbəblərin revmatik, dejenerativ, travmatik, bakterial, hormonal xəstəlik ola biləcəyini söyləyib. Bütün növ artritlərdə problemin sinovial membranın iltihabı nəticəsində meydana gəldiyini qeyd edir.
Revmatizmanın, xəstənin öz toxumaları tərəfindən inkişaf etdirilən səhv reaksiyalar nəticəsində meydana gələn xəstəliklər qrupunun ümumi adı olduğunu ifadə edən həkim, “Bu reaksiyadan ən çox təsirlənən toxumalar oynaqların sinovyal membranıdır. Bu reaksiyalardan təsirlənən oynaqların növləri, tutulma növləri və tutulmanın şiddəti müalicə prosesini təyin edir. Bütün artrit növlərində tək bir şöbə müalicəni idarə edə bilər, həm də çox tədbirli müalicədir, yəni bir çox həkim müalicə prosesində iştirak edə bilər" deyib.
Abutel İlhamqızı
Subaru Brataroo 9500 Turbo sadəcə tüninq edilmiş avtomobil deyil, həm də mədəni bir fenomenin bir hissəsidir...
Benzin qiymətlərinin artması səbəbindən...
Ədviyyatın uzun müddətli həddindən artıq istifadəsi ciddi sağlamlıq riskləri yaradır...