PDF Oxu

Cəmiyyət

  • 2 925

"Hakimlərin və polis işçilərinin əməkhaqları artırılmalıdır"

"Hakimlərin və polis işçilərinin əməkhaqları artırılmalıdır"

"Hakimlərin və polis işçilərinin əməkhaqlarına diqqət yetirilməlidir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.Deputat sözlərinə belə davam edib: "Ötən plenar iclasda mən bu məsələni qaldırdıqda dedilər ki, polislər öz əməkhaqları ilə razıdır. Amma mən bir millət vəkili olaraq özümə borc bilirəm ki, bu reallığı əks etdirmir. Çünki gizli sorğular keçirilir və narazılıq müaşhidə olunur.Unutmayaq ki, ədalət olmayacaqsa, biz qarşıda duran problemləri həll edə bilməyəcəyik. Düzdür, Azərbaycanda sabitlik var və bu da imkan verir ki, problemləri həll edək. Amma sabitlik vətəndaş məmnunluğuna söykənməlidir".

Digər xəbərlər