PDF Oxu

Cəmiyyət

  • 4 258

"Özümü vətənimdəki kimi hiss etdim" - Üzeyir Söylemez

"Özümü vətənimdəki kimi hiss etdim" - Üzeyir Söylemez

"20 ildir ki, professional şəkildə atletika ilə məşğul oluram. Bu yarışa dəvət etdikləri üçün Azərbaycan Atletik Federasiyasına öz minnətdarlığımı bildirirəm". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda keçirilən ultramarafon yarışının qalibi Üzeyir Söylemez deyib.

Türkiyəli atlet Bakı şəhərini çox sevdiyini vurğulayıb: "Buradakı insanların mənəviyyatları çox başqadır. Hər zaman dediyimiz kimi biz iki dövlət bir millətik. Özümü vətənimdəki kimi hiss etdim".

O, karyerası çərçivəsində ilk dəfə olaraq 100 kilometrdən ibarət qaçışa yekun vurub: "Hər şey çox yaxşı şəkildə təşkil olumuşdur. Bütün iştirakçılarımıza uğurlar arzu edirəm".

Ləman Sərraf

Digər xəbərlər