Cəmiyyət

  • 2 037

Yuxu haqqında nəyi bilməliyik?

image

Tanınmış həkim, filosof, çox maraqlı insan, 44 il bundan qabaq Sumqayıtda ilk dəfə Ruhi Əsəb Dispanserinin yaradılmasında, təşkilati məsələlərin həllində önəmli rol oynayan, tibb üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı, Əməkdar həkim Mayılxan Tağıyevin 2023-cü ilin dekabr ayının 5-də 75 yaşı tamam oldu. Redaksiyamız adından Mayılxan həkimi 75 illik yubileyi münasibətilə çoxminli oxucularımız adından təbrik edirik və ona müqəddəs tibb sahəsindəki işlərində daha böyük uğurlar diləyirik.

Onu da vurğulamaq istəyirik ki, Respublikamızda ilk dəfə tibblə bağlı özəl tibbi xidməti də Mayılxan Tağıyev yaradıb. Onun yaratdığı və rəhbərlik etdiyi “Hippokrat” Elm-İstehsal Tibb Müəssisəsi təkcə Sumqayıtda yox, Respublimmızda da çox tanınır. Məhz Mayılxan həkimin sayəsində bu tibb ocağı xəstələrin ümid qapısıdır. Onu da vurğulamaq istəyirik ki, 99 faiz ölümlə nəticələnən şizofreniyanın katataniya forması xəstəliyinin müalicəsini dünyada ilk dəfə maqnit sahəsini tətbiq etməklə, həmin xəstəliyin müalicəsini məhz Mayılxan həkim tətbiq edərək, uğurlu nəticə alıb. 1981-ci ildə Moskvada keçirilən Ümumdünya Tibb simpoziumunda bu haqda çıxış edib və ətraflı məlumat verib. Bu, maraqlı tapıntı-kəşfinə görə Yaponiyadan, Amerikadan, İtaliyadan və dünyanın başqa aparıcı ölklərindən bu simpoziuma gələn dünya alimləri Mayılxan həkimlə ünsiyyət qurublar. Bu ünsiyyətin nəticəsində də onu 1992-ci ildə Polşa Respublikasının Vraslov şəhərində keçirilən Ümumdünya Tibb simpoziumuna dəvət ediblər. Elə həmin vaxtdan da dünya alimləri Mayılxan həkimin tibb sahəsində apardığı uğurlu işlərə görə onunla əməkdaşlıq qurublar. Bu gün də həmin əməkdaşlıq davam eləyir.
Tibb sahəsində çalışdığı 50 il müddətində Mayılxan həkim təbabət sahəsilə bağlı həm özü çoxlu yazılar yazıb və həm də jurnalistlər tərəfindən ondan çoxlu müsahibələr götürülüb. Biz, redaksiya olaraq belə qərara gəldik ki, bu vaxta qədər Mayılxan həkimin tibbin ayrı-ayrı sahələrilə bağlı çox maraqlı, orijinal fikirli yazılarını və həmin müsahibələrdən ən maraqlılarını çap edək və çoxminli oxucularımıza çatdıraq. Və inanırıq ki, bu yazılar oxucular tərəfindən də maraqla qarşılanacaq və onlarda böyük maraq yaradacaq. Bu yazılardan bu gün dünyada çox populyar olan yuxu ilə bağlı yazını təqdim edirik. Bu yazıda siz əvvəllər oxumadığınız və rast gəlmədiyiniz çox maraqlı fikirlərə rast gələcəksiniz. Həm də bu sahədə depressiya yaşayan insanlara da böyük köməklik edəcəksiniz.

Biz həyaımızı 1/3-ni yuxuda keçiririk. Orta hesabla 25 il yatırıq. Həyatımızı ən fəal hissəsini bu işə sərf edirik, lakin başqa çarəmiz də yoxdur. Çünki orqanizmin ən vacib təlabatlarından biri də havadan sonra yuxudur. Sabahkı günün uğurları keçən gecedəki yuxunun keyfiyyətindən asılıdır. Şirin və keyfiyyətli yuxu insanı gümrah edir, əhval-ruhiyyəsi şad olur. Ətrafdakılarıa ünsiyyət yaratmaq asan olur. Bir sözlə yuxunun pozulması, təkcə sağlamlığa yox, həm də ailə və ictimai münasibətlərə təsir edir. Problemin ağrılı cəhəti ondan ibarətdir ki, yuxusu pozulan insanlar özbaşına müalicə ilə meşğul olurlar.Yaxud mütəxəssisə deyil, digər həkimlərə müraciət edirlər. İndiki zamanda yuxu pozuntuları ciddi sosial problemə çevrilmişdir. Artıq bu problemlə Ümumdunya Səhiyyə Təşkilatı ciddi məşğul olur. “Yuxu və sağlamlığın Ümumdunya proyekti” hazırlanayıb və həyata keçirilir. Bir sıra inkişaf etmiş ölkələrdə yuxu problemi ilə meşğul olan assosiasiyalar və polisamnoqrafik laboratoriyalar təşkil olunmuşdur və samnoloq həkimlər fəaliyyət göstərirlər. Bizim respublikada bu problemlə ciddi sənatkar səviyyəsində məşğul olan həkim demek olar ki, yoxdur. Ona görə də bütün iradlar, təkliflər və məsləhətlər müəllif tərəfindən səmimiyyətlə qebul ediləcəkdir. Bütün canlılar uzun müddət yuxudan məhrum olduqda onların orqanizmində patoloji proseslər baş verir. Keyfiyyətli yuxu sağlamlığın ən vacib atributlarından biridir.Yuxu fiziki və psixi prosesləri bərpa edir, insanı gümrahlandırır, yaddaşı möhkəmləndirir, mənfi qıcıqları dəf edir, streslərin və depresiyaların qarşısını alır. Nə üçün hər 24 saatdan bir yuxuya təlabat yaranır? Bu kainatda mövcud olan ritmlə bağlıdır. Yer öz oxu etrafında 24 saata, günəş ətrafında 1 ilə fırıanır. Ritmik olaraq gecə gündüzü və fəsillər bir-birini əvəz edir. Ritmik qabarmalar və çəkilmələr baş verir. Ona görə də insanın yuxuya olan təlabatında da bir ritmiklik var.Yuxu mərkəzi beynin hipotalamus hissəsində yerləşir və hər 4 saatdan bir ritmik olaraq yuxu və gümrahlıq mərkəzləri biri- digərini əvəz edir. Buna latınlar “çirka-dien” (gün-ərzində) deyiblər. Normal şəraitdə insanlar ritmi bioloji saatlarla tənzimlənir. İnsanların aktiv feailyyəti evalyusiya nəticəsində əsasən gündüzə təsadüf edir və öz ritmikliyini saxlayır. Bu biomexanizm impulslar vasitəsilə insanın beynindən idarə olunur. Mərkəz hipotalamus deyilən nahiyədə yerləşir və beynin kompyuteri hesab edilir.Yuxu ilə yanaşı insanların 1000-ə yaxın fizioloji prosesləri gün-erzində ritmlə tənzminlənir. Bütün metobolik proseslər, qaraciyər və bağırsaqların işləməsi yuxu prpsesi ilə tənzimlənir.Yaddaş, immunitet, psixoloji adaptasiyi, termorequlyasiya, energitik proseslər birbaşa yuxu prosesinə tabedir. Doğuşların çoxu gecə vaxtına təsadüf edir. Bir sözlə gümrahlıq və yuxu ritmi orqanizmin ən başlıqca fəaliyyətidir. Bütün qalan proseslər isə onun ətrafında baş verir. İnsanın yuxusu əsasən 3 etapdan ibarətdir: gümrahlıq fazası; yuxu fazası; yuxugörmə fazası. Artıq bütün alimlər tərəfindən sübuta yetirilmişdir ki, yuxu passiv deyil aktiv bir fenomendir. Sübut edilmişdir ki, yuxu zamanı orqanizmdə aktiv reorqanizasiya baş verir, qlükogenə və oksigenə təlabat gümrahlıq vaxtından daha da çox olur.Yuxu zamanı baş verən bəzi neyrokimyəvi proseslərin təhlili bizə məlum deyl, lakin son zamanlar aparilan elmi tədqiqatlar sübut sübut etmişdir ki, qaranlıqda orqanizmdə serotonin və onun metobolik birləşmələri daha da çox ifraz olunur. Məsələn, melatoninin insan qanındakı miqdarı gecə vaxtı 2-4 dəfə gündüzə nisbətən artiq olur. Bu da belə bir fikir yaradır ki, ritmin tənzimləyicisi rolunu melatonin oynayır. Körpə uşaqlar adətən çox yatırlar. Çox maraqlıdır ki,onların qanında melatoninin miqdarı yüksək olur.Yaşa dolduqca və qocaldıqca onun miqdarı azalmağa başlayır. Buna görə də “meloksen” preparatları ilə yuxusuzluğun müalicə edilməsi illər keçdikcə güclənəcəkdir.Yuxu zamanı orqanizm ardıcıl olaraq bir-birindən fərqlənən 2 əsas fazada olur. Bu fazalar 5 dəfə bir-birini əvəz edir. Birinci faza sürətli yuxu fazasıdır. Buna paradoksal yuxu fazasi da deyilir. Bu faza 4 stadiyadan ibarətdir: Mürgüləmə, yüngül yuxu, orta dərin yuxu, dərin yuxu.

Son iki stadiyada “delta” yuxu da deyilir. Hər faza bir neçə tsikildən ibarətdir. Adətən gecə yuxusu bir- birini əvəz edən 4-5 tskildən ibarətdir. Tam yuxu tsikli 90-110 dəqiqə müddətində olur. Gecə yuxusunun ilk tsikelləri nisbətən qısa olan paradoksal yuxu fazasından və dərin yuxunun uzun fazasından ibarət olur. Ləng yuxunun müddəti isə azalır. Sürətli yuxu zamanı müvəqqəti olaraq əzələlər iflic vəziyyətində olur, əzələlərin tonusu tam itir. Bu zaman tənəffüs sürətlənir, ritmini itirir, səthi olur, ürəkdöyünmələri artır, arterial təyziq yüksəlir. Terapeftlər və kardioloqlar bu vəziyyəti bəzən xəstəliklə səhv salırlar. Qədim zamandalarda “azan” siniri yuxunun şahı adlandırırdılar. Lakin son zamanlar alimlər sübut etmişdilər ki, vegetativ və parasimpatik sinir sisteminin dominantlığı yuxunun ləng fazasında olur. Əksinə sürətli fazada orqanizimdə vegetativ tufan baş verir. Yuxusu pozulmuş orqanizimdə belə qəfləti dəyişinlik çox zaman ürək-damar və serebral potologiyaların başlanmasına səbəb olur. Somnalgiyanın bu hissəsi mühüm diaqnostik əhəmiyyət kəsb edir.

Yuxu patalogiyasının çox təsnifatı var. Amerika samnoloqlarının beynəlxaq klassifikasiyasi bütün alimlər tərəfindən qəbul edilir. Bu təsnifata görə yuxu pozuntusunun 84 növu var. Bunları əsasən 4 böyük qrupda birləşdirirlər. Birinci qrupa daxili olan yuxunun patalogiyası disomniya yaxud insomniya adlanır-yəni normal yuxunun pozulması başa düşülür.

İkinci qrupa daxil olan yuxu patalogiyası parasomniya adlanılır-buraya qarışıq yuxugörəmlər, dezorientasiya, yuxuda gəzmələr, lunatizm daxil edilir.

Üçüncü qrupa somatik və pxisi xəstəliklər zamanı müşahidə olunan yuxu pozuntuları daxildir.
Dördüncü qrupa digər yuxu pozuntuları quruplaşdırılmışdır. Təbiətdə xalis yuxusuzluq mövcud deyil. Belə ki, tam yuxusuz insanlar uzun meddət yaşaya bilmmirlər.

Biz bu məqalədə əsasən insomniyaların növlərindən, səbəblərindən, sosial iqtisadi nəticələrindən və qısaca müalicəsindən söhbət edəcəyik.

İnsomniyanın 3 növü vardır.

Tranzitor-yaxud epizodik inomasiya. Adından göründüyu kimi səbəb olduqda yaranır. Səbəb aradan götürülən kimi yox olur. Müddətinə görə 1 gündən 1 həftəyə qədər davam edə bilər. Əsasən kəskin və sitasion stresslər, tanış olmayan mühit (məzuniyyət, səyahət, desincronoz-saat meridianlarının sürətlə dəyişməsi) kəskin somatik xəstəliklər (allergiya, titrətmə), iş yerinin dəyişilməsi, külli miqdarda kafein, alkoqol və ya nikotin qəbul edilməsi. Tronzitor yuxusuzluğun səbəbi aradan götürülən kimi yuxu prosesi bərpa olunur.

Qısa müddətli insomniya –1 həftədən 3 həftəyə qədər davam edə bilər. Belə yuxu pozuntusunun əmələ gəlməsi üçün daha ciddi səbəblər olmalıdır. Əsasən ağır situasiya stresi, uzun sürən somatik xəstəlik, yaxın adamın və ya iş yerinin itirilməsi, təbii fəlakət, sosial katastrofalar (qaçqınçılıq, inqilabı hərəkətlər, kütləvi şəkildə ictimai yaşayışın pozulması).

Xroniki insomniya-uzun müddət davam edən yuxu pozuntusudur 3 həftədən bir neçə aya kimi davam edir. Əsasən tranzitor və qısa müddətli yuxu pozulmasının düzgün müalicə olunmaması nəticəsində əvələ gəlir. Həmçinin uzunsürən somatik xəstəliklər-ürəyin işemik xəstəliyi, arterial hipertoniya, mədə xorası, şəkərli diabet, psixi xəstəliklər, alkoqolizim, narkomaniya, xroniki insomniyanın səbəblərdən ola bilər. Belə yuxu pozuntusu olan adamlar işdə diqqətsiz olurlar. Əsasən iş vaxtı başlanan kimi tez yorulmalarından, yaddaşlarının zəif olmasından, diqqətlərinin bir yerə toplaya bilməmələrindən, ailədə olan söz-söhbətlrədən, sosial əlaqələrin qura bilməmələrindən şikayət edirlər.

Göründüyu kimi yuxu pozuntuları zamanı insan fəalliyətin bütün tərəflərini əhatə edən ziddiyətlər və problemlər yaranır.

Yer kürəsinin yaşlı əhalisinin 3/1-də yuxu pozuntusu müşahidə edilir. Ən dəhşətli fakt ondan ibarətdir ki, yuxu pozğunluğu olan insanların 68 %-i həkimə müraciət etmir.

Yuxu pozuntusunun 5 əsas səbəbi var:

Fiziki səbəblər - travmalar, cərrahi əməliyyat, fiziki zədələnmələr.
Fizioloji səbəblər - desinxronoz, sürətli miqrasiya, qəflətən iş yerinin itirilməsi.
Psixoloji səbəblər- – kəskin situasion həyəcanlanma, yaxın adamın itirilməsi, ağır depressiyalar, sevimli adamdan ayrılmaq.
Farmakoloji səbəb –alkoqol, xərçəng əleyhinə preparatların tətbiqi hipotenziv dərman maddələri,
Hipotenzik səbəblər- dərman maddıləri, müxtəlif antibiotiklər, kofein və sairə.

Yuxu pozuntusunun iqtisadi-sosial nəticələri –Yuxu pozulması nəticəsində diqqət zəifləyir, psixomotor funksiya pozulur, tez yorulmaq və qıcıqlanmalar baş verir. Nəticədə ailə ünsiyyəti pozulur, əmək qabiliyyəti aşağı düşür və bədbəxt hadisələr tez-tez baş verir.

Məsələn: personalın yuxulu olması nəticəsində ən geniş miqyaslı faciələrdən olan Çernobil AES və Çelençer kosmik gəmisində baş verən qəzaları nümunə göstərmək olar. ABŞ-da yuxupozuntuları nəticəsində əmək qabiliyyətinin aşağı olması ilə əlaqədar dolayısı ilə dəyən ziyanın miqdarı 150 milyard dollar səviyyəsində hesablanır. Yol nəqliyyat qəzalarının səbəbli 87% hallarda sürücülərin yuxulu və ya yuxu pozuntusu ilə əlaqədardır. İstehsalatda baş verən bədbəxt hadisələrin 50%-i gecə baş verir və bu işçilərin yuxulu olması ilə əlaqədardır.

Yuxu pozuntularının müalicəsində başlıca amil pozuntunun səbəblərinin aradan qaldırılması olmalıdır. Çox hallarda yuxu pozuntusunun səbəbi aradan götürdükdə yuxu prosesi bərpa olunur. Müalicənin prinsipləri kompleks xarakter daşımalı, hər bir pasient ayrılıqda diqqətlə öyrənilməli, yuxunun gigiyenası gözlənilməli , psixoterapiya, relaksasiya, vitamin preparatları və müasir yuxu dərmanlarından rasional istifadə olunmalıdır.

Yuxunun gigienasına dair məsləhətlər

Bununla bağlı nələri etmək olar?..
Yataqa uzanmağın dəqiq vaxtını təyin edərək bir qayda olaraq ona riayyət etmək lazımdır;
Təhlükəsiz, rahat şərait və qaranlıqda yatmaq lazımdır;
Yataqda uzanaraq yaxın partnyorla maraqlı söhbət etmək, meditasiya ilə məşğul olmaq, dualar oxumaq, özünü sakitləşdirmək tez yuxulamağa təsir göstərir.
Yatağa uzanmağın və yataqdan qalxmağın dəqiq vaxtını təyin etmək və bütün həftə ərzində buna riayət etmək lazımdır;
Yatağa meyilliyi aradan qaldırmaq, yuxudan gümrah və yaxşı əhval- ruhiyyədə ayılmaq üçün yuxunun müddətini dəqiq təyin etmək, həmçinin bu qaydaya riayyət etmək lazımdır;
Yuxudan tam oyanmaq məqsədilə yataqdan qalxarkən bir neçə dəqiqə günəş işığına və ya ona bənzər işığa baxmaq lazımdır. Gecə yuxu zamanı oyanarkən bunu etmək olmaz.
Yuxuya getməyə hazırlaşarkən gün ərzində baş vermiş xoşagəlməz və narahat hadisələri yada salmaq məsləhət deyil.

Yuxuya gederkən nə etmək olmaz:
Əgər sizdə yuxusuzluq problemi varsa gündüz mürgüləmək olmaz;
Yataqda uzanarkən 20 dəqiqə müddət ərzində yuxuya gedə bilmirsinizsə yataqdan qalxaraq yataq otağını tərk etmək və oraya yalnız özünüzü yuxulu hiss edərkən qayıtmaq lazımdır;
Yuxudan əvvəl alkoloq, kofe, nikotin, çay qəbul etmək məsləhət deyil. Çünki bunlar beyinə qıcıqlandırıcı və yuxuqovucu təsir göstərir;
Yuxugətirici maddələri mütəmadi olaraq qəbul etməməli. Bunlar xroniki yuxu pozuntusuna gətirib çıxarır. Nadir hallarda yuxugətiricilərdən istifadə etmək lazımdır;

Yuxudan əvvəl çox yemək və çoxlu maye qəbul etmək məsləhət deyil;
Yuxuya gedə bilmirsinizsə məyus olmaq lazım deyil. Belə ki, bu sizin beyninizin qıcıqlanmasını artıracaq. Özünüzü inandırın ki, hər şey yaxşıdır və siz bir azdan yuxuya gedəcəksiniz.
Uzun ömür sürmək, xoş güzaran və şən yaşamaq istəyirsinizsə yuxunuz pozulan kimi dərhal “samnoloqa” və ya “psixiatra” müraciət etməyinizi məsləhət görürük.

Mayılxan TAĞIYEV,
Sumqayıt şəhərinin baş psixiatrı
“Tərəqqi” medallı. Tibb elmləri üzrə fəlsəfə doktoru, Əməkdar həkim

Digər xəbərlər