Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin planlı toplanış-yürüşü başa çatıb. SİA Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlər sahildən 80 dəniz mili - təqribən 150 kilometr məsafədə keçirilib.Üç mərhələdə hərbçilər əsas vəzifələri yerinə yetiriblər: döyüş vəziyyətinə yaxın şəraitdə qərarların qəbulu, gəmilər arasında qarşılıqlı əlaqə və şəxsi heyətin sahildən uzaqda əməliyyatlara hazırlığının qiymətləndirilməsi.Təlimlər zamanı dənizçilər texnikanın istismarı, atış, manevretmə və gəmilər arasında qarşılıqlı əlaqə bacarıqlarını təkmilləşdiriblər.Yaxın vaxtlarda əlavə bölmələrin cəlb olunması, yeni taktiki ssenarilərin məşqi və müasir təlim metodların tətbiqi ilə təlimin genişləndirilməsi planlaşdırılır.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...