PDF Oxu

Cəmiyyət

  • 2 216

"Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" kitabının təqdimatı keçirilir

"Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" kitabının təqdimatı keçirilir

Bu gün BDU-nun Heydər Əliyev lektoriyasında akademik Nizami Cəfərovun "Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" kitabının təqdimatı keçirilir. SİA xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, universitetin dekan və müəllim heyəti və kitab müəllifi professor Nizami Cəfərov iştirak edir. Tədbiri giriş nitqi ilə BDU-nun Filologiya fakültəsinin dosenti Məti Osmanoğlu açıb.Daha sonra söz BDU-nun rektoru Elçin Babayevə verilib.Qeyd edək ki, "Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" kitabının ön sözünü həmçinin Elçin Babayev yazıb.

Söylü Ağazadə

Digər xəbərlər