"Ramazan ayı elə bir aydır ki, Allahı-təalanın ən böyük neməti olan Qurani-Kərim məhz bu ayda nazil olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib. O bildirib ki, on bir ayın sultanı Ramazan ayı adı Quranda çəkilən yeganə aydır: "Mübarək Bəqərə surəsində deyilir: "Ramazan ayı Quran nazil olan aydır".Qeyd edək ki, Ramazan ayının fəziləti oruc tutmağa görə yox məhz Qurana görədir. Bu ayın gündüzləri ən gözəl gündüzlər, gecələri ən fəzilətli gecələrdir. Bu ayda qərar tutan Qədr gecəsi bütün saniyələri ilə min aydan daha fəzilətlidir. Yəni hansı insan min aydan daha artıq inkişaf etmək istəsə, bircə qədr gecəsində bunu gerçəkləşdirə bilər. Bir ay fikirləşin ki, yatmaq savab olsun və tənəffüs alan oruclu adam üçün subhanəllah savabı yazılsın. Elə möhtəşəm aydır ki, oxunan bir ayə bir Qurana bərabərdir. Saymaqla bitməyən fəzilətlli bir aydır. Bu ayda Allah-taala hamını ilahi ziyafət süfrəsinə dəvət etmişdir. Oruc tutmaq isə insan iradəsinin potensial qüdrətini nümayiş etdirən bir əməldir. Hədislərdə deyilir ki, Allah-təala buyurmuşdur: "Oruc məhz Mənə məxsusdur və onun savabını şəxsən Özüm verəcəyəm".
Müəllif: Söylü Ağazadə
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...