Ümummilli lider Heydər Əliyev Novruz bayramında çıxış edərkən söyləmişdir: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevənlər də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür”.
Müstəqilliyimiz bərpa edildikdən sonra 1993-cü ildə Dahi lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən Novruz bayramının üzərindən bütün qadağalar götürüldü. Novruz bayramına Milli Dövlət Bayramı statusu verildi. Bu gün milli bayramımız olan Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı imzaladığı sərəncamlar, söylədiyi fikirlər dövlət səviyyəsində Novruz bayramının nə qədər əhəmiyyətli bayram olduğunu görmüş oluruq. Həmçinin Vətənə, dövlətə və torpağa bağlılığın nümayişidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezident və birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri təşəbbüslərə əsasən 2009-cu il tarixində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi, Mədəni, İrs Siyahısına daxil edildi. BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart 2010-cu il Beynəlxalq Novruz Günü elan edildi. Artıq illərdir ki, müxtəlif ölkələr bizim qədim bayramımızı həm qeyd edir, həm də bizim qədər sevinc hissləri yaşayırlar.
Novruz bayramı milli folklorumuzda öz qədimliyini qoruyub saxlayır. Müxtəlif mərasimlər, oyunlar həyata keçirilir. Səməni yetişdirilir və yetişən səməni təbiətin oyanmasından xəbər verir. Bayramda yumurta müxtəlif rənglərlə bişirilir və ən çox uşaqlar arasına yumurta döyüşü oynanılır. Daha sonra xoruz döyüşdürmə, papaq atma, qulaq pusma və digər mərasimlər həyata keçirilir. İnsanlar tonqal üzərindən atlanır. Bunların bəziləri inanclarla bağlı olub. İndi də həmin adətlər davam etməkdədir. Ümumiyyətlə, bahar bayramı adət-ənənələri,inancları ilə çox zəngindir. Novruz təbiətin oyanmasından, gecə ilə gündüzün bərabər olmasından, əkinçilik həyatının başlanğıcından xəbər verən bayramdır.Türk millətinin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsindən doğmuş milli bayram hər gəlişi olduqca böyük coşğu ilə qarşılanıb. Novruz bayramından öncə isə 4 həftə - hər həftənin ikinci günü, yəni çərşənbə axşamları qeyd olunur. Bunlar – su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsidir. Gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixi Novruz bayramı günü kimi qeyd olunur.
Novruz bayramı insanları birliyə, həmrəy olmağa və dost olmağa səsləyən bayramdır. Bayramın adətləri Respublikanın müxtəlif bölgələrində təntənəli şəkildə keçirilir. Bu il isə bir qədər fərqli olaraq bayram tonqalımız Xankəndidə qalanır. İnanıram ki, hər bir azərbaycanlının arzusu idi Xankəndidə tonqal qalansın. İndi də arzulayırıq ki, orada qalanan tonqal əbədi olsun.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...