"Mina ciddi problemdir. Mina elə qurğudur ki, heç kimi tanımır, kortəbii şəkildə insanları həyatlarından məhrum edir. Dünyanın 60-dan çox ölkəsində 110 mindən çox insan bu problemi yaşayır. Təəssüf olsun ki, Azərbaycan da bu problemlə üzləşir. 30 il ərzində ermənilər 1,5 milyona qədər minanı torpaqlarımızda basdırıblar. Mina sosial-iqtisadi inkişafa ciddi təsir edir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov mətbuat konfransında deyib.Onun sözlərinə görə, mina qurbanlarının 70%-dən çoxu mülki şəxslərdir: "Mina hadisələrinin qurbanlarının 36%-i qanunsuz səfərlər nəticəsində baş verib, 24%-i kənd təsərrüfatı, 19%-i hərbi şəxslərdir. ANAMA-nın əsas işlərindən biri də maarifləndirmə işlərinin aparılmasıdır. İndiyə kimi 129 831 hektar ərazi minalardan təmizlənib, 16574 mina isə zərərsizləşdirilib".
Müəllif: Söylü Ağazadə
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...