PDF Oxu

Cəmiyyət

  • 3 821

“Müxtəlif vaxtlarda imtahanların baş tutması ədalət prinsipini pozur” - EKSPERT DANIŞDI

“Müxtəlif vaxtlarda imtahanların baş tutması ədalət prinsipini pozur” - EKSPERT DANIŞDI

“9-cu sinif şagirdlərinin buraxılış imtahanları baş tutub və bu imtahanlar, həm də kolleclərə qəbul olmaq üçün əsas rol oynayır. Birmənalı şəkildə hesab edirəm ki, imtahanların fərqli tarixlərdə keçirilməsi doğru deyil. Yəni, bir neçə zona üzrə müxtəlif vaxtlarda imtahanların baş tutması ədalət prinsipini pozur. Bundan başqa növbəti ədalətsizlik isə sual kitabçalarının imtahan iştirakçılarını verilməməsi idi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. Ekspert bildirib ki, artıq bu ildən etibarən imtahan iştirakçılarına sual kitabçalarını özləri ilə aparmağa icazə verirlər: “Bu çox yaxşı məqamdır. Çünki uşaqlar hansı suallara cavab verib-vermədiklərini bilir, valideynlər və müəllimlər test tapşırıqlarını yoxlaya bilirlər. Artıq bu ədalətsizlik aradan qaldırılıb. Lakin o vaxt buraxılış imtahanları ədalətli olacaq ki, bütün ölkə üzrə hər kəs eyni vaxtda imtahan verəcək. Dövlət İmtahan Mərkəzi bunu kifayət qədər imtahan rəhbərinin olmaması ilə əlaqələndirir. Lakin mən hesab edirəm ki, bu bir bəhanədir. DİM ölkədə 30 ildən artıqdır ki, imtahan keçirmək təcrübəsinə malikdir və birmənalı şəkildə imtahanlar eyni tarixdə keçirilməlidir. Biz həqiqətən də, zonalar üzrə keçirilən test tapşırıqlarını təhlil etdikdə görürük ki, biri digərindən müxtəlif parametrlərə görə, fərqlənir. Lakin, müxtəlif zonalar üzrə test tapşırıqların mövzu və model olaraq oxşar suallardan istifadə olunmalıdır. Mütləq şəkildə analogiyaya diqqət etmək lazımdır.Digər tərəfdən imtahan zamanı şagirdlərin rahat olması üçün müəyyən qədər müddəti artırmağa ehtiyac var. Çünki 9-cu sinif şagirdləri o qədər də yüksək hazırlıqlı deyillər və imtahanlara ciddi şəkildə hazırlaşmırlar. Bütövlükdə, zonalar üzrə fərqli test tapşırıqlarından istifadə etmək testologiya prinsipinə ziddir”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər