Masallıda rayon icra hakimiyyətinin növbəti vətəndaş qəbulu keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Masallı rayonunda hər zaman operativ və həssas yanaşılır. Masallı rayonunda əsası isə şəhid ailələri və müharibə iştirakçılarının istədikləri vaxt problemsiz, fərdi qaydada icra başçısının qəbuluna düşməsi, onların sosial qayğılarının öyrənilməsi və həlli daim, gündəlik diqqətdə saxlanılır, araşdırılır. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bütün vətəndaş qəbullarında qeydlərini şəxsən özü də aparır, diqqətlə saxlayır.
Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilmişdir.
Həmişəki kimi qəbulda Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Növbəti qəbulda müxtəlif ərazilərindən ümumilikdə 20 nəfərə yaxın vətəndaş müraciət etmişdir.
Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...