“Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli formatda bir çox sahələrdə, o cümlədən hərbi sahədə səmərəli əməkdaşlıq edirlər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, hər 3 qonşu ölkənin əməkdaşlığı strateji xarakter daşıyır: “Bu əməkdaşlığın əsas məqsədi regional sülh və sabitliyin təmin edilməsindən ibarətdir”.Ədalət Verdiyev sözlərinə belə davam edib: “Hər üç tərəfdaş ölkənin silahlı qüvvələri bir neçə platformada təşkil edilən hərbi təlimləri birgə həyata keçirirlər. Bu dəfə gözlənilən təlimlər daha çox axtarış xilasetmə fəaliyyətləri ilə bağlıdır.Hesab edirəm ki, bu əməkdaşlıq regional sülhün, təhlükəsizliyin təmin edilməsi, eləcə də axtarış xilasetmə fəaliyyətlərinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyacaq. Bu təlimlər hər 3 ölkənin zərurət yarandığı təqdirdə silahlı qüvvələrinə aid bölmələrin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi üçün əməkdaşlığı daha da gücləndirəcək”.
Ayşən Vəli
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...