İyulun 29-na (saat 09:00) olan məlumata əsasən, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat sistemi (www.bq.edu.az) vasitəsilə 5 054 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 5 414 uşağın məlumatı isə valideynlər tərəfindən şəxsi kabinetə əlavə edilib. BŞTİ-dən SİA-ya verilən məlumata görə, iyulun 16-dan etibarən uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilib.Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.Qeyd edək ki, boş yerlərə qəbul il ərzində aparılacaq.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...