PDF Oxu

Cəmiyyət

  • 2 521

Sabirabadda suda boğulan gəncin cəsədi tapılıb

Sabirabadda suda boğulan gəncin cəsədi tapılıb

Sabirabadda suya düşərək boğulan 17 yaşlı oğlanın cəsədi tapılıb. SİA xəbər verir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı suda boğulan Quliyev Elçin Eldəniz oğlunun axtarışları üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar zamanı Elçin Quliyevin cəsədi saat 20 radələrində batdığı yerdən təxminən beş kilometr aralı məsafədə tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər