PDF Oxu

Cəmiyyət

  • 2 795

NATO nümayəndələri Bakıya səfərə gəlib

image

NATO nümayəndələri Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunan Akademik Konfransda iştirak etmək üçün Bakıya səfər ediblər. SİA xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” platformasındakı paylaşımında bildirib.Qeyd edilib ki, səfər çərçivəsində NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Burcu San rəhbərliyindəki NATO nümayəndələri, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ilə birgə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev ilə görüş keçiriblər.Görüş çərçivəsində, Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı məsələlər, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib və müzakirələr zamanı Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə NATO-nun etibarlı tərəfdaşı olduğu qeyd edilib.

Digər xəbərlər

Şəkəri olanlar hansı dənli bitkiləri yeməlidir?

Endokrinoloq qlükoza mübadiləsi pozğunluğu olan insanların pəhrizinə hansı dənli məhsulların daxil edilə biləcəyini və sağlamlığın sabit qalmasına kömək edə biləcəyini izah edib

Alimlər enerji saxlama sahəsində inqilab ediblər...

Dünyanın ilk kvant batareyası ultra sürətli şarj təmin edir...

Ən xoşbəxt ölkələri digərlərindən fərqləndirən nədir..?

Sosial sistemlər və kiçik rituallar bütün cəmiyyətin rifahını formalaşdırır...