PDF Oxu

Cəmiyyət

  • 3 875

Tanınmış ekspert: “Emin Əmrullayev tarixdə iz qoya bilər”

image

“Hal-hazırda təhsilimizdə ən böyük problem kimi görünən vəziyyət yuxarı sinif şagirdlərinin ali məktəblərə qəbul istiqamətində ümumtəhsil məktəblərinin yetərsiz olmasıdır. Elm və Təhsil naziri Emin Əmrullayev bu istiqamətdə müvafiq addım atarsa və lazımi proqram dəyişikliyi edərsə, həm tarixdə iz buraxan nazir olaraq yadda qalacaq, həm də ictimaiyyətin rəğbətini qazanacaq”.

Bu sözləri “Səs” qəzetinə açıqlamasında tanınmış təhsil eksperti Ramin Nurəliyev deyib. Onun sözlərinə görə hazırda valideynlərin ən böyük narahatlığı yuxarı siniflərdən etibarən ali təhsil müəssisələrinə hazırlıq səviyyəsində xərclədiyi puldur: “Nə qədər təhsildə inqilab etsəniz də, pul xərcləyən valideyni məmnun edə bilməzsiniz. Buna görə də, Azərbaycan təhsilində ən böyük inqilab yuxarı sinifdən universitetlərə qəbul prosesini tənzimləmək və bu istiqamətdə müvafiq tədbirlər görmək olar. Düşünürəm ki, bu məsələ çox asan deyil, amma mümkünsüz də deyil. İctimaiyyətin ən yaralı yerini müalicə etmədikcə təhsildə nə qədər innovativ tədbirlər görsəniz də, tənqid hədəfindən kənarda qala bilməzsiniz.”

Ekspert bildirir ki, ödənişsiz təhsil sistemində bir valideynin universitetə hazırlıq istiqamətində ildə təxminən 5000 manat pulu çıxırsa, o valideyn üçün təhsil istiqamətində görülən digər tədbirlər əhəmiyyətsizdir: “Buna görə də cənab nazirin təhsil istiqamətində atdığı digər addımlar ilə yanaşı bu istiqamətdə də ciddi bir addım atması mütləqdir.”

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...