Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Sahil Nurəddin oğlu İbrahimovla vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.Vida mərasimindən sonra şəhid Sahil İbrahimovun nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.Qeyd edək ki, Sahil İbrahimov 1970-ci il iyulun 23-də Ermənistanın Amasiya rayonu, Çivinli kəndində anadan olub. O, Ağdərə rayonunun Mehmanə kəndi ərazisində itkin düşmüş sayılırdı.
Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...
Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...