PDF Oxu

Cəmiyyət

  • 1 959

“Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsi Bakı şəhərindən başladı - FOTO

image

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsi çərçivəsində ilk tədbirini Bakı şəhərində təşkil edib.

Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı orta məktəbdə keçirilən tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak edib. Tədbirdə HDİM-in sədri İlham Əliyev çıxış edərək layihə ilə bağlı ətraflı məlumat verib. O çıxışında ənənəvi yüksək dəyərlərin qorunmasnın vacibliyindən, dövlətimizin bu sahədə həyata keçirdiyi işlərdən və rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətindən danışıb.

Natiq milli-mənəvi dəyərlərimizin qorunmasının qloballaşma dövründə daha da vacib olduğunu və gənc nəslin milli mədəniyyətimiz və mənəvi dəyərlərimiz əsasında yetişməsinin sağlam gələcəyimiz üçün daha faydalı olacağını deyib.

Layihənin eksperti, sosioloq Elçin Bayramlı da bəşəri və milli dəyərlər haqqında danışıb və müasir dövrdə inteqrasiya prosesləri fonunda milli-mənəvi dəyərlərimizin təzyiqə məruz qaldığını bildirib. Ekspert qeyd edib ki, qlobal təbliğatlar milli mədəniyyətlərə və milli mənəvə dəyərlərə zərər vurur, bunun qarşısını almaq üçün biz öz dəyərlərimizi daha çox qorumalı və yaşatmalıyıq. O, media və sosial şəbəkələrdə aparılan təbliğatlara qarşı diqqətli olmağa, milli və mənəvi dəyərlərimizi daha çox qorumağa çağırıb.

7 saylı məktəbin director müavini Elmira İbrahimova da çıxış edərək şagirdlərin, ümumiyyətlə uşaq, yeniyetmə və gənclərin təhsillə yanaşı tərbiyəsinin də vacib olduğunu deyib və qeyd edib ki, müasir dövrdə biz gənc nəsillərə öz milli-mənəvi dəyərlərimizi ötürməli və onları bu ruhda tərbiyə etməliyik.

Çıxış edən iştirakçılar- 7 saylı məktəbin məzunları olan Murad Cümşüdzadə, Selcan Ağakərimova və digərləri də milli dəyərlərimizin, adət-ənənələrimizin qorumasının vacibliyini qeyd ediblər və bu istiqamətdə valideynlərinin və müəllimlərinin onlara hər cür yardım etdiklərini deyiblər.

Sonra çıxış edən HDİM rəhbəri belə layihələrə dəstək verdiyi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirib və qeyd edib ki, təşkilat bu istqiamətdə fəlaiyyətini davam etdirəcək, sağlam gələcək yetişdirilməsi üçün əlindən gələn hər şeyi edəcək.

Sonda xatirə fotoları şəkilib.

Digər xəbərlər