PDF Oxu

Cəmiyyət

  • 3 630

Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir -YENİLƏNDİ

image

İyulun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransın açılış mərasimi olub. Konfransdan əvvəl “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı foto sərgi keçirilib. Sərgidə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, xarici jurnalistlərə verdikləri müsahibələr zamanı çəkilən fotoları, habelə Azərbaycan mətbuatının tarixi nəşrləri və Azərbaycan mətbuatının müxtəlif inkişaf mərhələlərini əhatə edən fotolar nümayiş olunub.

Konfransın açılış məraisimdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi iştirakçıların bir dəqiqəlik sükutü ilə yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri açıq elan edən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, telejurnalist Rafiq Həşimov Heydər Əlievin mətbuat tariximizdəki rolundan bəhs etdi. Daha sonra Heydər Əliyevin mətbuatla bağlı düşüncələrini əks etdirən videoçarx nümayiş etdirildi.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov öz çıxışında medianın sürətli inkişafını Azərbaycanın inkişafı, hər gün arealı böyüyən quruculuq prosesi, ölkəmizin dünyada lider mövqeyinin güclənməsi ilə əlaqələndirdi. O bildirdi ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindən olub.

Sonra panel müzakirələr başladı. Moderatorluğunu Rafiq Həşimovun etdiyi müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı, əməkdar jurnalist Vüqar Rəhimzadə, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə iştirak edirdi.

Konfrans çərçivəsində dəyirmi masa da keçirilib.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...