PDF Oxu

Cəmiyyət

  • 1 137

Parisdə Ermənistanın təcavüzünün qurbanı olmuş azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi açılıb

image

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Baku Network” Analitik Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş 14 jurnalistin fotoşəkillərindən ibarət sərgi təşkil edilib. SİA xəbər verir ki, tədbirin açılışında çıxış edən səfirliyin müşaviri Nigar Hüseynova 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları, eləcə də elan olunmamış müharibəsi ilə üzləşməsindən danışıb.Münaqişə qurbanları arasında mətbuat nümayəndələrinin olduğunu vurğulayan diplomat 1991-ci ildə erməni qüvvələri tərəfindən vəhşicəsinə öldürülən, ilk şəhid jurnalist Salatın Əsgərova, 1991-ci ildə Azərbaycanın yüksək rütbəli nazirlərini daşıyan və Qarabağ səmasında terror aktına məruz qalan helikopterdə həlak olmuş Osman Mirzəyev, Alı Mustafayev və Fəxrəddin Şahbazovu, Xocalı soyqırımının dünya mətbuatında tanıdılmasında rolu olan, 1992-ci ildə Ağdamda çəkiliş zamanı şəhid olan Çingiz Mustafayevdən danışıb. O, 2021-ci ildə Kəlbəcərdə AZƏRTAC və AZTV əməkdaşları Məhərrəm İbrahimov və Sirac Abışovun erməni minalarının qurbanı olduqlarını bildirərək, Azərbaycanlıların bu gün də mina təhlükəsi altında yaşadıqlarını vurğulayıb.Böhran zamanı informasiyanın həyati əhəmiyyətini vurğulayan N.Hüseynova, bu cəsarətli jurnalistlərin öz həyatlarını riskə ataraq cəmiyyəti regionda baş verən hadisələrlə məlumatlandırmaq kimi vəzifəni yerinə yetirdiyini bildirib. Onların bu vəzifələri internetin və sosial şəbəkənin mövcud olmadığı, informasiyanı bugünkü kimi sürətlə yaymaq imkanının olmadığı bir dövrdə, Azərbaycan üzərində informasiya blokadasının yaradıldığı çətin şəraitdə yerinə yetirildiyini əlavə edib.N.Hüseynova Ermənistan və Azərbaycan arasında hazırki normallaşma prosesinə toxunaraq, Azərbaycan torpaqlarının işğalına son qoyan və regionda yeni səhifə açan 2020-ci ilin 44 günlük müharibəsindən sonra tərəflərin məhz Azərbaycanın təşəbbüsü ilə sülh gündəliyinə başladığını qeyd edib.Sonra “Baku Network” Analitik Mərkəzinin sədri Elçin Ağacanov, “La Gazette du Caucase” qəzetinin baş redaktoru J.M.Brön və “Trend” İnformasiya Agentliyinin direktor müavini Sahil Kərimli çıxış ediblər. Natiqlər Azərbaycanın azad edilmiş ərazilərində erməni minalarının yaratdığı problemlərdən, fransız jurnalistlərə Qarabağ reallıqlarını yaymaqda yaradılan maneələrdən, Qarabağ müharibəsi zamanı fransız jurnalistlərin İkinci Qarabağ müharibəsi zamanı hazırladıqları reportajların Fransada yayımlanması ilə bağlı qarşılaşdıqları çətinliklərdən, fransız mediasının dezinformasiya yaymasından danışıblar. Onlar erməni lobbisinin təsiri altında olan fransız mediasının Qarabağ müharibəsindəki reallıqları təhrif etməsinə təəssüflərini bildiriblər. Fransız jurnalistlərinin reportajlarının silindiyi, onların yayılmasına qadağan qoyulduğu, bəzi jurnalistlərin bölgəyə getməsinə maneələr yaradıldığı, hətta Qarabağla bağlı reallıqları deyən jurnalistlərin təzyiqə məruz qaldıqları qeyd olunub.

Digər xəbərlər