PDF Oxu

Cəmiyyət

  • 3 983

AQTA azad olunan ərazilərdə fitosanitar monitorinqlər keçirib

image

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şuşa, Ağdam, Laçın, Füzuli, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl və Tərtər rayonlarında fitosanitar monitorinqlər keçirib. AQTA-dan SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı laborator müayinələrin aparılması üçün müxtəlif bitkilərdən 38 nümunə götürülüb, zərərvericilərin mövcudluğunu müəyyən etmək məqsədilə 30 ədəd feromon tələ quraşdırılıb.Feromon tələlərin laborator analizi nəticəsində Bərdə, Tərtər və Füzuli rayonlarında asılan tələlərdə karantin tətbiq edilən Şərq meyvəyeyeni aşkarlanıb. Sözügedən ərazilərdə müvafiq fitosanitar tədbirlər həyata keçirilib.Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə təsərrüfatların yeni salınması, bitki mühafizə tədbirlərinin koordinasiyalı şəkildə icrası, mövcud fitosanitar vəziyyət və ərazilərin təbii izolyasiya şəraiti (dağlıq relyef, sahələrin bir-birindən məsafəli yerləşməsi və ya ətrafında birillik bitkilərin olması) beynəlxalq standartlara uyğun zərərli orqanizmlərdən azad zonaların yaradılmasına əlverişli imkanlar yaradır. Məqsəd ixrac prosesinin asanlaşdırılması və potensialın gücləndirilməsindən ibarətdir.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...