Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. SİA xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 43 mindən çox insan yaşayır.
GM-in lüks brendi elektrikli avtomobillərin satışını sürətlə artırır...
Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...
Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...
Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…
Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…
Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…
Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...