PDF Oxu

Cəmiyyət

  • 2 705

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib

image

Ukraynada müharibədən əziyyət çəkən uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb olunması davam etdirilir. SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.Uşaqların emosional vəziyyətlərinin stabilləşdirilməsi, cəmiyyətə inteqrasiyalarının dəstəklənməsi məqsədilə onlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək. Eyni zamanda, psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq.Proqram çərçivəsində uşaqlar üçün, həmçinin Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, eləcə də tarixi-memarlıq abidələrinə ekskursiyalar nəzərdə tutulur.Qeyd edək ki, bundan əvvəlki 7 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...