Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Sadıqovanın müəllifi olduğu Azərbaycan dilində işgüzar və akademik kommunikasiya dərsliyi nəşr olunub.
Dərslikdə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin mövzusu, məqsədi və vəzifələri yer alıb. Vəsaitdə Azərbaycan dili və Azərbaycan ədəbi dilinin üslubları, normaları haqqında da bəhs olunur. Kitabda, həmçinin işgüzar kommunikasiyanın prinsipləri, formaları, növləri, şifahi və yazılı akademik kommunikasiya, elektron işgüzar kommunikasiya, işgüzar kommunikasiyanın dinlər və mədəniyyətlərarası spesifikliyi, işgüzar və akademik kommunikasiyanın etik-psixoloji aspektləri barədə məlumat verilir.
Dərslik ali məktəb tələbələri, magistrant və doktorantlar, mütəxəssislər, həmçinin Azərbaycan dilində işgüzar ünsiyyətqurma bacarığına yiyələnmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...
Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...