Tacikistan Milli Minatəmizləmə Mərkəzi Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində ANAMA əməkdaşlarına mürəkkəb relyefli ərazilərdə minatəmizləmə əməliyyatları üzrə 12 gün nəzəri və praktiki təlimlər keçib. SİA xəbər verir ki, barədə ANAMA məlumat yayıb.Bildirilib ki, təlimlər Agentlik ilə meşə və dağlıq ərazilərdə minatəmizləmə fəaliyyətində təcrübəyə malik Tacikistan Milli Minatəmizləmə Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq baş tutub.Məlumata əsasən, təlimlərin məqsədi ANAMA əməkdaşlarının meşə və dağlıq ərazilərdə, o cümlədən mürəkkəb relyefli bölgələrdə minatəmizləmə əməliyyatları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Əzələ toxuması bədən kütləsinin təxminən 40 faizini təşkil edir...
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...