PDF Oxu

Cəmiyyət

  • 3 480

“Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsinin icrası yekunlaşıb

image

Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsinin icrasını yekunlaşdırıb. İyun-avqust ayları ərzində icra olunan layihə çərçivəsində Sumqayıt və Bakı şəhərində sosial və maarifləndirmə aksiyaları keçirilib. Bu tədbirlərdə yol istifadəçiləri arasında hörmət və qarşılıqlı anlayışın gücləndirilməsi üçün “yol etikası” barədə maariflənmə işi aparılıb, həmçinin sürcülərdə sosial və ekoloji məsuliyyətin təşviqi mövzuları ilə bağlı məlumatlar verilib.

Bununla yanaşı, layihə çərçivəsində sürücülərin sosial məsuliyyətli davranışları barədə videomüsahibə, radio verilişləri hazırlanın, eləcə də məqalələr yazılıb. Bu məlumatlandırma kampaniyasında yol insidentlərinin azaldılması və sürücülük mədəniyyətinin artırılması məqsədilə təhlükəsiz sürücülük və qaydalara riayət etmənin əhəmiyyəti izah edilib.

Xatırladaq ki, layihənin məqsədi sürücülük mədəniyyətinin yüksəldilməsi ilə yol hərəkətinin təhlükəsizliyini artırmaq, sürücülərin sosial məsuliyyətini gücləndirmək, onların yol hərəkəti qaydalarına riayət etməsini təmin etmək və cəmiyyətin ümumi yol davranışlarını təkmilləşdirməkdir.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...