25 Sentyabr 2025-ci il tarixində 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Əbədi yaşar Qəhrəmanlarımız” adlı tədbir keçirilib. Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Regional Kollecinin, birgə təşkilatçılığı və Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər,mədəniyyət,təhsil işçiləri və gənclər iştirak edib.
İlk öncəUlu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri ilk sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov tədbir iştirakçılarını salamlamladıqdan sonra torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.
Sonra isə Şəhid Şəmistan Yusiflinin atası Şükran Yusifli, Şəhid Sübhan Həsənovun anası Ülkər Həsənova və Şəhid Əlisa Əliyevin anası Leyla Əliyeva çıxış edərək bildirmişdirlər ki, bu gün burda övladlarımızın müqəddəs xatirəsini yad edirik. Biz qürurluyuq övladlarımız Vətən uğrunda can verdilər, şəhidlik zirvəsinə ucaldılar. Bir valideyn olaraq həm kədər, həm də qürur hissi keçiririk. Onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq. Biz inanırıq ki, Vətənimiz onların ruhu ilə daim güclü qalacaq.
Dövlətimizin və xalqımızın göstərdiyi diqqət və qayğıya görə minnətdarıq. Şəhidlər heç vaxt unudulmayacaq, daim qəlbimizdə yaşayacaq.
Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Qarabağ müharibəsi əlilləri, Veteranlar, Şəhid ailələri ictimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov və ehtiyyatda olan mayor Bəhruz Mehtiyev çıxış edərək Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasından geniş danışıblar.
Masallı Dövlət Regional Kollecinin müəllimləri və tələbələrinin ifasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər və ədəbi-bədii kompozisiyalar səsləndirilib.
Sonda xatirə şəkili çəkdirildi.
ƏLİHÜSEYN ŞÜKÜROV