Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Noyabrın 19-da yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndində 73 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim olunub.Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.Xıdırlıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var