Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı davam edir. SİA xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.
55 kiloqramda Amin Məmmədzadə 1/8 finalda Friha İsmail Maqraovi (İspaniya) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qor Ayvazyanla (Gürcüstan) qarşılaşacaq.
Tağı Nəsibov (60 kiloqram) da ilk döyüşündən qalib ayrılıb. Təmsilçimiz 1/8 finalda Yakub Krzpyetdən (Polşa) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28). O, növbəti görüşündə Qavin Ryanla (İrlandiya) üz-üzə gələcək.
Nəsibov yarımfinal uğrunda sabah, Məmmədzadə noyabrın 26-da rinqə çıxacaq.
Avropa çempionatı noyabrın 29-da başa çatacaq.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var