PDF Oxu

Cəmiyyət

  • 3 424

"Hədəf" Qazaxıstan məktəbləri ilə memorandum İMZALAYIB

image

Nazarbayev İntellektual Məktəbləri və Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq başlayıb. "Media25" xəbər verir ki, Nazarbayev İntellektual Məktəbləri (NİM) və Hədəf Şirkətlər Qrupu arasında dəyərlərə əsaslanan təhsil modelinin Qazaxıstan məktəblərinə inteqrasiyasını nəzərdə tutan əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq, qurucu direktorun müavinləri, dosent Elvin Əliyev, Emin Sadiq və Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsəfa Qazaxıstanın Almatı şəhərində yerləşən NİM Almatı məktəbinin direktoru və NİM-ə daxil olan "STEP Academy" məktəblərində işgüzar səfərdə olublar.

Görüşlərdə məktəblərin direktorları Erbolat Ziyadov, Ermek Paizov və onların komandaları ilə Hədəf konsepti, dosent Şəmil Sadiqin "Dəyərlər" kitabı ətrafında geniş müzakirələr aparılıb, gələcək birgə layihələr və konkret əməkdaşlıq planları razılaşdırılıb.

"Adal Adam" proqramı və Hədəf modeli eyni masada

Nazarbayev İntellektual Məktəbləri uzun illərdir şagirdlərinin yüksək akademik nəticələri ilə tanınır. Son illərdə idarə heyəti təkcə akademik göstəricilərlə kifayətlənmədən, şagirdlərin hərtərəfli inkişafı konsepsiyasını qəbul edib. Bu çərçivədə Qazaxıstanda "Adal Adam" ("Ədalətli İnsan") proqramı həyata keçirilir və milli, əxlaqi dəyərlərin möhkəmləndirilməsi prioritet elan olunub.

Məhz bu kontekstdə Hədəf Liseyinin təcrübəsi nümunə kimi seçilib. Hədəf konseptinin əsasını milli-mənəvi dəyərlərin müasir təhsil metodları ilə sintezi, tənqidi düşünən, komanda ilə işləməyi bacaran, empatiyalı və məsuliyyətli vətəndaşların yetişdirilməsi təşkil edir.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...