PDF Oxu

Cəmiyyət

  • 2 640

Xaçmazda növbəti ağacəkmə aksiyası keçirilib

Xaçmazda növbəti ağacəkmə aksiyası keçirilib

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xudat-Nabran avtomobil yolunun kənarında keçirilən aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əraziyə torpaq-iqlim şəraitinə uyğun yeni ağaclar əkilib, basdırılan tinglərin suvarılması təmin edilib. Məqsəd ekoloji tarazlığın və ətraf mühitin qorunmasına töhfə verməkdir.

Digər xəbərlər