PDF Oxu

Cəmiyyət

  • 3 678

Ödənişli yolda nə baş verir?

image

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları cari ilin yanvar ayında quraşdırılmışdı. Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb. Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.

Mirqiyas Kazımovun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.

Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...