PDF Oxu

Cəmiyyət

  • 4 814

Belarusda “Nar bayramı” keçirilib

image

Azərbaycanın Belarusdakı səfirliyinin, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Qrodno vilayətinin azərbaycanlılar icmasının birgə təşkilatçılığı ilə Qrodno Vilayət Dram Teatrında "Nar bayramı" adlı tədbir keçirilib.

SİA-nın məlumatına görə, səfirlikdən bildiriblər ki, tədbiri açan səfir Məhərrəm Əliyev ölkəmizin kənd təsərrüfatında narçılığın əhəmiyyətindən bəhs edib, Azərbaycanın Göyçay şəhərində 2006-cı ildən etibarən hər il keçirilən Nar bayramı haqqında məlumat verib. Səfir "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti"nin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nar bayramının Belarusda keçirilməsinin ənənə halını aldığını vurğulayan səfir, bu tədbirin ilk dəfə Qrodno vilayətində təşkilindən məmnunluğunu ifadə edib və vilayət rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonra Qrodno Vilayət İcraiyyə Komitəsinin Mədəniyyət idarəsinin müdir müavini Snejana Kuratçik bu şəhərin multikultural tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə sahib olduğunu bildirərək, 2026-cı ildə burada 13-cü Respublika Milli Mədəniyyətlər Festivalının keçiriləcəyini xatırladıb. Bu festivalın təkcə Belarus mədəniyyətinin deyil, həm də digər xalqların mədəniyyətlərinin nümayişi üçün unikal bir platforma olduğunu vurğulayan S.Kuratçik, qeyd olunan tədbirdə Azərbaycan diasporunun yüksək səviyyədə iştirak etdiyini vurğulayıb. İlk dəfə Qrodnoda keçirilən Nar bayramının belaruslular üçün Azərbaycan xalqının ruhu, adət-ənənələri ilə daha yaxından tanış olmaq üçün yeni bir fürsət olduğunu bildirərək, tədbir təşkilatçılarına təşəkkür edib.

Sonda Qrodno icmasının sədri Elxan Bəylərov çıxış edərək hər il ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən Nar bayramının narçılıqla bağlı mədəni irsimizin və adət-ənənələrimizin qorunub saxlanılmasına töhfə verdiyini bildirib. Ənənəvi olaraq Minskdə, cari ildə isə Qrodnoda keçirilən bu tədbirin Azərbaycan və Belarus arasında humanitar əlaqələrin, o cümlədən xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət etdiyini vurğulayıb, Qrodno vilayətinin və Teatrın rəhbərliyinə bu istiqamətdə göstərilən səylərə görə minnətdarlığını bildirib.

Tədbir bədii hissəsində "Qafqaz" rəqs ansamblı, Belarus Respublikasının əməkdar özfəaliyyət kollektivi "Garadzenskaya karunkі" xalq rəqs ansamblı çıxış edib, Azərbaycan milli rəqsləri üzrə master-klas təşkil edilib. Daha sonra Azərbaycan Dövlət Opera və balet Teatrının solisti, əməkdar artist Fərid Əliyev və Qrodno Dövlət İncəsənət Kollecinin "Zabava" xalq estrada-vokal qrupu ifaları ilə tədbirə rəng qatıb.

Qeyd edək ki, teatrın foyesində milli guşə və sərgi təşkil edilib, tədbirdən öncə milli geyimli qızlar və oğlanlar tərəfindən iştirakçılara Azərbaycan narı və nar şirələri təqdim olunub.

Digər xəbərlər

Cadillac, Tesla və BMW-dən müştəriləri cəlb edir...

GM-in lüks brendi elektrikli avtomobillərin satışını sürətlə artırır...

Qəribə varlıqların təsvirləri UFO sənədlərində aşkar edilib...

Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...

Həkim yerişdəki dəyişikliyin hansı xəstəlikləri göstərdiyini izah edib...

Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...

İndoneziya okeanında ilk dəfə nadir bir məxluq lentə alınıb…

Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…

1200 at gücündə model demək olar ki, hazırdır…

Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

Alzheimer xəstəliyinin yavaşladılması üçün metod kəşf edilib...

Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...