PDF Oxu

Cəmiyyət

  • 2 551

"Hər bir sakin üçün fərdi plan hazırlanır"

image

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin müxtəlif şöbələrində bu il ərzində ümumilikdə 217 nəfərə xidmət göstərilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat verilib.

Bildirilib ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində xüsusi qayğıya ehtiyacı olan şəxslər sosial xidmətlərlə əhatə olunur və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilir:

“Buraya qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir sakin üçün fərdi plan hazırlanır. Müəssisəyə qəbul olunanlar zəruri xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.

Müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər, müəyyən yaşayış yeri olmayan şəxslər, məişət zorakılığı qurbanları və görmə qabiliyyəti məhdudluğu olan 5-29 yaşlı şəxslər qəbul edilirlər. Bu il ərzində müəssisənin müxtəlif şöbələrində xidmət göstərilən 217 nəfərdən 79-u kişi, 56-sı qadın, 82-si uşaqdır", - deyə məlumatda qeyd olunub.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...