PDF Oxu

Cəmiyyət

  • 1 166

FHN-in Şimal Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr keçirilib

image

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Regional Mərkəzinin təşəbbüsü ilə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib. Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirlərdə FHN Şimal Regional Mərkəzinin, adı çəkilən rayonların icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.İcra hakimiyyətlərinin müşavirələrdə çıxış edən məsul şəxsləri tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.Daha sonra Şimal Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.Müşavirələrdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Digər xəbərlər