Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək.
Günün ilk matçlarında “İmişli” “Sabah”ı, “Şamaxı” “Baku Sportinq”i qəbul edəcək. Hər iki görüş saat 14:00-da başlayacaq.
Günün son qarşılaşmasında isə “Qarabağ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək. Oyun saat 19:00-da start götürəcək. Bu cütün qalibi 1/4 finalda “Şamaxı” – “Baku Sportinq” duelinin qalibi ilə qarşılaşacaq.
“İmişli” – “Sabah” görüşündən üstün ayrılan tərəf isə növbəti raundda "Qəbələ" - "Şəfa" matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Turan Tovuz” və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var