Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Son oyun günündə 3 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qəbələ” öz meydanında I Liqa təmsilçisi “Şəfa”nı qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Bu cütün qalibi növbəti raundda "Sabah"ın rəqibi olacaq.
Saat 19:00-da start götürəcək oyunlarda isə “Araz-Naxçıvan” “Kəpəz”lə, “Sumqayıt” “Difai” ilə üz-üzə gələcək. Bu görüşlərdə qalib gələn komandalar 1/4 finalda, müvafiq olaraq, “Turan Tovuz” və “Zirə” ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl “Şamaxı”və “Qarabağ” da adını növbəti mərhələyə yazdırıb.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var