Dekabrın 3-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 275, o cümlədən borclu şəxs qismində axtarışda olan 243 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər, dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 3-də ümumi çəkisi 8,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin narkotiklərlə əlaqədar 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 qumbara, 3 alışdırıcı, 5 tüfəng və 93 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Əzələ toxuması bədən kütləsinin təxminən 40 faizini təşkil edir...
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...